“Netanyahu ölüb?” - Britaniyanın keçmiş deputatı “Bibi”dən YAZDI

“Netanyahu ölüb?” - Britaniyanın keçmiş deputatı “Bibi”dən YAZDI
13:39

Böyük Britaniyanın keçmiş deputatı Corc Qallouey “X” sosial platformasındakı paylaşımında İsrailin Baş naziri Benyamin Netanyahunun həyatda olmasına şübhə ilə yanaşıb.

News365.az xəbər verir ki, Corc Qallouey Netanyahunun ölümünə və ya yaralanmasına işarə edib.

Netanyahunun səhhəti ilə bağlı şayiələrdən sonra Corc Qallouey bu mövzudakı paylaşımında yazıb:  

"Netanyahu haradadır? Niyə əsl video əvəzinə süni intellektdən istifadə etdilər?"

Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu ilə bağlı sosial mediada müxtəlif iddialar yayılıb.

Xüsusilə, mətbuat konfransı zamanı çəkildiyi iddia edilən və Netanyahunun altı barmaqlı əlini göstərən şəkillər, şəklin süni intellektdən istifadə edilərək yaradılıb-yaradılmadığı ilə bağlı müzakirələrə səbəb olub. Bu, tez bir zamanda "Netanyahu ölübmü" sualını da ortaya çıxarıb.




Sizin reklam burada
Sizin reklam burada