Netanyahu: İranla müharibə hələ bitməyib

Netanyahu: İranla müharibə hələ bitməyib
22:40

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İrana qarşı müharibənin bitdiyini düşünmür.

O, bu barədə "CBS News"a müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, əldə edilən irəliləyişlərə baxmayaraq, İran hələ də zənginləşdirilmiş uranı, zənginləşdirmə qurğularını, proksi qüvvələri və ballistik raketləri saxlayır.

"Düşünürəm ki, bu müharibə çox şeyə nail olmağa imkan yaradıb, amma hələ bitməyib", - Netanyahu bildirib.

O, zənginləşdirilmiş uranın İrandan çıxarılmalı və zənginləşdirmə qurğularının söndürülməli olduğunu vurğulayıb.

Uranın çıxarılması üsulu ilə bağlı suala cavab olaraq Netanyahu bildirib ki, o, İrandan çıxarılmalıdır.

Bununla yanaşı, Baş nazir ABŞ və İsrail tərəfindən hərbi güc tətbiqi ehtimalı ilə bağlı şərh verməkdən imtina edib. O, materialın çıxarılmasının əldə edilən razılaşmalar çərçivəsində təmin oluna biləcəyini deyib.



Sizin reklam burada
Sizin reklam burada