Nəriman Axundzadənin “Qarabağ”dan ayrılacağı qətiləşib.
"Ayaks”la oyunda çoxsaylı tənqidlərə tuş gəlmiş 22 yaşlı hücumçu karyerasını ABŞ-də, MLS təmsilçisi “Kolambus Kryu” klubunda davam etdirəcək.
Tərəflər arasında tezliklə müqavilə imzalanacaq.
“Qarabağ”ın bu sövdələşmədən nə qədər qazanacağı hələlik bəlli deyil.
“Kolumbus Kryu” Ohayo ştatının Kolumbus şəhərində yerləşən, ABŞ və Kanadada premyer futbol liqası olan Böyük Liqa Futbolunda (MLS) yarışan Amerika futbol klubudur. O, 1996-cı ildə liqanı quran on klubdan biridir.
Hazırda “Kolumbus Kryu” turnir cədvəlinin 4-cü pilləsini tutur.