General Əlixanovun xanımı da vəkilliyə başladı

General Əlixanovun xanımı da vəkilliyə başladı
17:40

Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.

News365.az-ın məlumatına görə, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.

Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.

Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurmuşdu.

Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanovun həyat yoldaşıdır.

H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib. 2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib./// modern


Sizin reklam burada
Sizin reklam burada