Şuşaya gedənlərin DİQQƏTİNƏ: Cərimə oluna bilərsiniz - VİDEO + YENİLƏNİB

Şuşaya gedənlərin DİQQƏTİNƏ: Cərimə oluna bilərsiniz - VİDEO + YENİLƏNİB
16:48

"Şuşa şəhərində hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, yol hərəkətinin təşkilində müəyyən dəyişiklik edilib".

News365.az xəbər verir ki, bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

Qeyd olunub ki, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş və çıxış müvafiq olaraq, İstiqlal və 8 Noyabr küçələri üzrə birtərəfli hərəkət təşkil olunub.

"Adıçəkilən küçələrdə hərəkətin nizamlanması üçün müvafiq yol nişanları quraşdırılıb, zəruri təhlükəsizlik və nəzarət tədbirləri görülüb.

Vətəndaşları Şuşa şəhərində hərəkətin təhlükəsiz və rahat təşkili məqsədilə edilən dəyişiklikləri nəzərə almağa, yol nişanları və digər nizamlama vasitələrinin tələblərinə diqqətlə əməl etməyə tövsiyə edirik", - deyə məlumatda vurğulanıb.

***

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.

News365.az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

 

Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.

Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar. Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər./// Bakıvaxtı.az



Sizin reklam burada
Sizin reklam burada