Uels şahzadəsi Ketrin xərçəng diaqnozu açıqlanandan sonra ilk rəsmi xarici işgüzar səfəri çərçivəsində İtaliyaya gedib.
News365.az “The Telegraph”a istinadla xəbər verir ki, şahzadə İtaliyanın şimalındakı Recco Emilia şəhərinə gəlib. Onun bu səfəri erkən uşaqlıq dövrü üzrə araşdırmalara dəstək məqsədi daşıyan qlobal missiyanın bir hissəsini təşkil edir.
Şahzadə Ketrin şəhər meri Marko Massari tərəfindən qəbul olunub. O daha sonra Emilia-Romanya regionuna rəsmi səfəri münasibətilə təşkil olunan mərasimdə iştirak edib.