Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
News365.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mayın 27-28-i Qurban bayramı günləridir və hər ay pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi ayın 27-dək olan dövrdə artıq yekunlaşmış olduğu bildirilib.
Beləliklə, sosial ödənişlərin verilməsi ilə bağlı əlavə dəyişiklik və ya öncədən ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır