Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
News365.az xəbər verir ki, H.K. keçmiş həyat yoldaşı Fəridə Qaraqayanı küçədə ov tüfəngi ilə güllələyib.
O, qadına yaxın məsafədən bir dəfə də atəş açıb.
35 yaşlı Fəridə Qaraqaya ağır yaralı halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxs cinayət aləti ilə birlikdə saxlanılıb.