Heyvana amansız rəftar edən şəxs həbs edilib

Heyvana amansız rəftar edən şəxs həbs edilib
13 May 2026 17:05

Türkiyədə itə qarşı amansız rəftar edən şəxs həbs olunub.

News365.az yerli mediaya istinadla xəbər verir ki, S.D. adlı şəxs boynundan bağlanmış iti dəmir çubuqla vuraraq öldürüb. Daha sonra heyvanın cəsədini sürüyərək yaşıllıq əraziyə atıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra S.D. polis tərəfindən saxlanılıb. 

Məhkəmənin qərarı ilə o, həbs edilib.



Sizin reklam burada
Sizin reklam burada