Çinin rolu danışıqlarda həlledici ola bilər

Çinin rolu danışıqlarda həlledici ola bilər
14:05

Yaxın Şərqdə davam edən gərginlik və İran ətrafında formalaşan geosiyasi proseslər fonunda Çinin mümkün rolu ilə bağlı yeni iddialar gündəmə gəlib.

Mövzu ilə bağlı danışan politoloq Tamilla Qulami bildirib ki, gələcək danışıqlarda China vasitəçi kimi çıxış edə və İran-ABŞ razılaşmalarında mühüm rol oynaya bilər.

Tamilla Qulami News365.az-a açıqlamasında qeyd edib ki, Iran hazırda ciddi iqtisadi və daxili təzyiqlərlə üz-üzədir, inflyasiya və sosial narazılıqların artması ölkədə vəziyyəti daha da çətinləşdirir

Onun sözlərinə görə, əgər münaqişə İran tərəfindən “qələbə” kimi təqdim olunmasa, daxildə etirazların yenidən güclənməsi istisna deyil.

Politoloq əlavə edib ki, China ilə aparılan mümkün razılaşmalar, o cümlədən İranın müəyyən resurslarının Pekinə ötürülməsi, ABŞ ilə danışıqlarda yeni mərhələ aça bilər.

Tamilla Qulami bildirib ki, bu proseslərin nəticəsində United States tərəfindən İrana qarşı bəzi sanksiyaların yumşaldılması ehtimalı da gündəmdədir. O vurğulayıb ki, əsas məqsəd həm İranda sabitliyin qorunması, həm də hakimiyyət balansının dəyişməməsidir.

Politoloqun fikrincə, tərəflər arasında razılaşmalar əldə olunarsa, regionda gərginlik müəyyən qədər azala bilər.


Sizin reklam burada
Sizin reklam burada