“Kontakt Home”nin anbarında yanan malların zərərini müştərilər ödəyəcək?

“Kontakt Home”nin anbarında yanan malların zərərini müştərilər ödəyəcək?
15:12

Xəbər verdiyimiz kimi “Kontakt Home”un Lökbatandakı anbarında ötən gün güclü yanğın baş verib. Yanğının söndürülməsinə böyük texnika və canlı qüvvə cəlb edilib. 12-13 saat sonra yanğın söndürülüb.

Nəhayət bundan sonra şirkət sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, məhsulların saxlandığı anbarlardan birində yanğın baş verib:

 

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik...”

Lakin nə şirkət, nə də müvafiq dövlət qurumları tərəfindən yanğının baş vermə səbəbi ilə bağlı hər hansı bir açıqlama verilməyib.

Bu da təəccüb və təəssüf doğurub.

Təəssüf doğuran məqam odur ki, ictimai narahatlığı və fikri “Kontakt Home” rəhbərliyi vecinə almır.

Təəccüblü məqamlardan biri isə odur ki, “Kontakt Home” ölkənin ən böyük dövriyyəsi olan şirkətlərdən biridir. Gərəkdi ki, belə bir şirkətdə bütün təhlükəsizlik tədbirləri ən üst səviyyədə qurulsun. Amma baş verən dəhşətli yanğın göstərdi ki, şirkət rəhbərliyinin başı pul qazanmağa qarışdığından obyektlərin yanğın təhlükəsizliyi yaddan çıxıb.

İlkin məlumatlara görə zərər çəkənlər olmayıb. Amma yayılan fotogörüntülərdən aydın olur ki, yanğınsöndürənlər çox çətinliklərlə üzləşiblər. Yanğının miqyası o qədər böyük və qorxunc olub ki, yanğınsöndürənlər ancaq kənardan müdaxilə etməyə çalışıblar. Hətta helikopterlər prosesə cəlb edilib.

Belə bir vəziyyətdə kimlərinsə tüstüdən zəhərlənməsi və yaxud yanıq xəsarəti almaması mümkünsüzdür.

Yəqin ki, zamanla həqiqət üzə çıxacaq. Hələlik baş dəyən ziyanın hesablanmasına qarışıb. Dəymiş ziyan bəlli olandan sonra əsas iş başlayacaq. Bu ziyan müxtəlik aksiyalar adıyla müştərilərin ayağına yazılacaq. Nəticədə itirən yenə müştərilər olacaq. Şirkət rəhbərliyi isə heç nə itirməyəcək. Çünki “Kontakt Home”nin fəaliyyətində şəffaflığın olmaması barədə çoxlu fikirlər var. Lakin ictimai nəzarət olmadığı üçün şirkət nöqsanları asanlıqla gizlədə bilir.

Necə ki, baş vermiş dəhşətli yanğınla bağlı həm şirkət, həm də müvafiq dövlət qurumları susur. Susmağınsa bir səbəbi var. Deməyə söz, etiraf etməyə cəsarət tapılmayanda hər kəs susur.

 

News365.az


Sizin reklam burada
Sizin reklam burada