Xalq şairi Nəriman Həsənzadə evə buraxılacaq.
News365.az xəbər verir ki, bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
“Nəriman Həsənzadənin səhhəti yaxşılaşır. İki günə evə buraxıla bilər. Yenu ili evində keçirəcək. Onun müalicəsi palatada davam edir. Dializ davam edəcək", - A.Mehmandost əlavə edib.
Mərkəzi Klinik Xəstəxanadan isə sorğumuza cavab olaraq bildirilib ki, Xalq şairinin vəziyyəti ağır-stabil olaraq qalır.
"Xəstə stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır", - məlumatda qeyd edilib.
Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir.