Nərgiz Şərifova yüksək vəzifəyə təyin təyin EDİLDİ

Nərgiz Şərifova yüksək vəzifəyə təyin təyin EDİLDİ
10:32

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib

Şərifova Nərgiz Talıb qızı Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

News365.az xəbər verir ki, N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.

2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.


Sizin reklam burada
Sizin reklam burada