Nəhyan İlham Əliyevə məktub ünvanladı

Nəhyan İlham Əliyevə məktub ünvanladı
09 Apr 2025 19:15

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


News365.az xəbər verir ki, təbrik məktubunda qeyd olunur:


“Möhtərəm cənab Prezident.


Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xeyir-duamı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.


Hər şeyə qadir olan Uca Allahdan Sizə cansağlığı və səadət, müsəlman ümmətinə firavanlıq arzulayıram”.


Sizin reklam burada
Sizin reklam burada