Son günlər sosial şəbəkələrdə və maliyyə dairələrində “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) fəaliyyətini dayandıra biləcəyi ilə bağlı iddialar yayılıb.
News365.az xəbər verir ki, hazırda bəzi iddialarda təşkilatın mayın 1-dən etibarən yenidən fəaliyyətə başlayacağı qeyd olunur.
Lakin məsələ ilə bağlı BOKT-dan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Qurumdan qeyd olunub ki, yaxın günlərdə texniki proseslərin tamamlanması ilə kredit xidmətlərinin yenidən bərpa olunması planlaşdırılır.