Neftin qiyməti QALXDI

Neftin qiyməti QALXDI
10:35

Dünya bazarlarında neftin qiyməti 65 dollara yaxınlaşıb.

News365.az xəbər verir ki, dünya bazarlarında neft qiymətlərində cüzi artım olub.

Nymex-də WTI markalı xam neftin qiyməti 0,41 ABŞ dolları və ya 0,68% artaraq bir barel üçün 60,98 ABŞ dollarına yüksəlib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin qiyməti isə 0,40 ABŞ dolları və ya 0,62% artaraq 64,77 ABŞ dolları təşkil edib.

Qiymət artımı əsasən Yaxın Şərqdə gərginliyin davam etməsi və ABŞ-da ehtiyatların azalma ehtimalı ilə bağlı bazar gözləntiləri fonunda baş verib.


Sizin reklam burada
Sizin reklam burada