Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) 19-cu sanksiya paketinə cavab olaraq bir sıra Avropa nümayəndələrinə ölkəyə giriş qadağası tətbiq edib.
News365.az xəbər verir ki, nazirliyin məlumatına görə, bu qərar Aİ-nin Rusiyaya qarşı “qeyri-qanuni və düşmənçilik mövqeyi”nə cavab kimi qəbul edilib.
Qadağa siyahısına Aİ institutlarının, üzv ölkələrin və bəzi Qərb dövlətlərinin nümayəndələri, həmçinin hüquq-mühafizə və kommersiya qurumlarının əməkdaşları daxil edilib.
Rusiya tərəfi siyahıya daxil edilən şəxslərin sayını açıqlamayıb.