Luvr muzeyinin təhlükəsizlik tədbirləri artırıldı

Luvr muzeyinin təhlükəsizlik tədbirləri artırıldı
09:43

Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyində 19 oktyabrda baş verən tarixi oğurluq hadisəsindən sonra əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyi açıqlanıb.

News365.az xəbər verir ki, Mədəniyyət naziri Raşida Dati muzeydə aparılan araşdırmanın təhlükəsizlik risklərinin illərlə nəzərdən qaçırıldığını üzə çıxardığını bildirib.

Nazir ilin sonunadək muzeydə icazəsiz girişlərin və hücumların qarşısını almaq üçün yeni sistemlərin tətbiq olunacağını qeyd edib.

Qeyd edək ki, 88 milyon avro dəyərində 9 qiymətli əsərin oğurlandığı hadisə ilə bağlı artıq iki nəfər həbs edilib.


Sizin reklam burada
Sizin reklam burada