Tovuzda bacı qardaşını döyüb DİŞLƏRİNİ TÖKDÜ

Tovuzda bacı qardaşını döyüb DİŞLƏRİNİ TÖKDÜ
13:34

Tovuzda mübahisə zamanı bacı qardaşını döyüb.

News365.az-a bildirir ki, hadisə Abulbəyli kəndində baş verib.

İttiham aktına görə, 27 yaşlı Fidan Əliyeva (ad və soyad şərtidir) yaşadıqları evdə qardaşının üzünə bir dəfə əli ilə zərbə vurub. Nəticədə oğlanın iki dişi çıxaraq, yerə düşüb, dodağı isə partlayıb və qan axıb.

Bu fakta görə, Fidan Əliyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı atasının adapterini götürüb. Atası əşyanı geri istəyəndə tərəflər arasında mübahisə yaranıb:

“Atam öz adapterini istəyəndə qardaşım sərxoş halda söyməyə başladı. Dedim söymə, məni eşitmədi. Məni də söydü. Söyüşlərə dözməyib onu vurdum. Qardaşımın ağzı qanadı. Əməlimdən çox peşmanam. Hazırda qardaşımla aramızda barışıq əldə olunub, mənə qarşı şikayəti yoxdur”.

Buna görə də, Fidan Əliyeva məhkəmədən barəsindəki işə xitam verilməsini xahiş edib.

Tovuz rayon Məhkəməsində keçirilən iclas zamanı cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib.



Sizin reklam burada
Sizin reklam burada