Mehmet Ali Erbildən arvadına milyonluq HƏDİYYƏ

Mehmet Ali Erbildən arvadına milyonluq HƏDİYYƏ
12:18

Keçən ilin avqustunda özündən 42 yaş kiçik Gülseren Ceylanla ailə quran məşhur şoumen Mehmet Ali Erbil yenidən gündəmə gəlib.

News365.az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, Erbil həyat yoldaşına milyonlarla dəyəri olan bahalı idman avtomobili hədiyyə edib.

68 yaşlı sənətçi ilə Almaniyada yaşayan Gülseren Ceylanın 2023-cü ildə sosial şəbəkə vasitəsilə tanış olduqları bildirilir. Münasibətləri zamanı bir neçə dəfə ayrılıq yaşasalar da, cütlük sonda evlənmək qərarına gəlib və Erbilin Yeniköydəki evinin bağçasında sadə toy mərasimi təşkil olunub.

Evlilikdən əvvəl nikah müqaviləsi imzalayacaqları barədə xəbərlər də yayılmışdı. Son günlərdə isə Gülseren Ceylanın bahalı avtomobil idarə etdiyi görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İddialara görə, həmin avtomobil Erbilin ona toy hədiyyəsi olub.


Sizin reklam burada
Sizin reklam burada