Neftçi paraqvaylı vinqerin transferinə hazırlaşır

Neftçi paraqvaylı vinqerin transferinə hazırlaşır
25 İyn 2025 18:45

Azərbaycanın "Neftçi" futbol klubu daha bir legioner transferinə yaxındır.

News365.az xəbər verir ki, paytaxt təmsilçisinin yeni oyunçusu Paraqvaylı cinah hücumçusu Luis Ortis ola bilər. 25 yaşlı futbolçu artıq Bakıya gəlib və tibbi müayinədən keçməlidir. 

Müayinə uğurla başa çatarsa, onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Luis Ortis indiyədək yalnız vətəni Paraqvayda çıxış edib. Onun son klubu "Ameliano" olub.


Sizin reklam burada
Sizin reklam burada