İlham Əliyevin Vaşinqton ZƏFƏRİ - VİDEO

İlham Əliyevin Vaşinqton ZƏFƏRİ - VİDEO
11:45

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfəri tarixi bir hadisə kimi qiymətləndirilir.

Bu barədə caliber.az-ın hazırladığı süjetdə deyilir.

Mənbə qeyd edir ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan–ABŞ münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarır və Ermənistanla sülh prosesində yeni bir səhifə açır.

Səfərin nəticələri arasında:

Strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması – Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da gücləndirəcək.

907-ci düzəlişin qüvvəsinin dayandırılması – ABŞ Konqresinin vaxtilə qəbul etdiyi və Azərbaycana birbaşa yardım göstərilməsini məhdudlaşdıran bu sənədin dayandırılması ikitərəfli münasibətlərdə yeni imkanlar açır.

Sülh müqaviləsinin paraflanması – Bu, Ermənistanla uzunmüddətli sülhə gedən yolun ən mühüm mərhələlərindən biridir.

Zəngəzur dəhlizi ilə bağlı şərtlərin Ermənistan tərəfindən qəbul olunması – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edəcək bu razılaşma regionun geoiqtisadi və nəqliyyat xəritəsini dəyişəcək.
 

Bütün bu nailiyyətlər Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin və Prezident İlham Əliyevin şəxsi siyasi məharətinin nəticəsi kimi qiymətləndirilir. Vaşinqtonda əldə olunan razılaşmalar ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda sülh və sabitlik üçün yeni perspektivlər yaradır.


Daha ətraflı süjetdə:


Sizin reklam burada
Sizin reklam burada