Türk Mədəniyyəti
və İrsi Fondu Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında Birgə Bəyannamənin imzalanmasına münasibət bildirərək Bəyanat
yaymışdır.
Fonddan News365.az-a
verilən məlumata görə, Bəyanatda deyilir:
“Türk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında Birgə Bəyannamənin
imzalanmasını alqışlayır. Bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə,
qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru mühüm bir addımdır.
Fond
adından, təşkilatın qurucu dövlətlərindən olan Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri cənab İlham Əliyevə səmimi təbriklərimizi çatdırırıq.
Bu mühüm diplomatik nailiyyət onun uzaqgörən strateji baxışı, sülh münasibətlərinə
olan sarsılmaz bağlılığı və müdrik dövlət idarəçiliyi sayəsində mümkün
olmuşdur.
Türk Mədəniyyəti
və İrsi Fondu inanır ki, bu addım region xalqları arasında qarşılıqlı
anlaşmanın, əməkdaşlığın və harmoniyanın gücləndirilməsi üçün möhkəm bir təməl
olacaqdır. “
News365.az