“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib
06 Avq 2025 20:45

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

Klubdan News365.az-a verilən məlumata görə, Elnur Məmmədli komandanın mətbuat xidmətinin rəhbəri təyin edilib.

O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.


Sizin reklam burada
Sizin reklam burada