Son sutka ərzində Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin yaşayış məntəqələrini 28 dəfə atəşə tutub.
Bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri rəhbəri Vadim Filaşkin məlumat verib.
"Avqustun 9-da zərbələr nəticəsində Donetsk vilayətinin 2 sakini həlak olub. 24 saat ərzində bölgədə daha 4 nəfər yaralanıb", - o "Telegram" kanalında yazıb.
V. Filaşkin bildirib ki, Kramatorsk rayonuna artilleriya atəşləri nəticəsində inzibati bina və fərdi yaşayış evi zədələnib, Sredne qəsəbəsində bir nəfər həlak olub. Drujkivkada 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb, 5 fərdi yaşayış evi ziyan görüb.
Konstantinovkada isə 2 nəfər yaralanıb, 9 çoxmərtəbəli bina, 7 fərdi yaşayış evi, 2 yardımçı tikili, mağaza, inzibati bina, 2 elektrik ötürücü xətti və 5 qaz kəməri zədələnib.
Pokrovsk rayonunun Şaxovo qəsəbəsində 31 fərdi yaşayış evi dağıdılıb. Cəbhə xəttindən 53-ü uşaq olmaqla, ümumilikdə 1011 nəfər təxliyə edilib.