Nazir əkin sahələrinin azalmasının səbəbini açıqladı

Nazir əkin sahələrinin azalmasının səbəbini açıqladı
29 Yan 2025 20:59

2024-cü ilin statistikasında əkin sahələri üzrə göstəricilərin azalması dürüstləşmə ilə əlaqədardır.


News365.az xəbər verir ki, bunu kənd təsərrüfarı naziri Məcnun Məmmədov deyib.


O bildirib ki, dəmyə əkin ərazilərinin azalmasında yağıntı həcminin azlığı və iqlim dəyişikliyi rol oynayır:


“Dəmyə sahələrində illər üzrə məhsuldarlıq aşağı olduğuna görə insanlar əkindən qaçırlar. Ona görə də bu ildən bəzi addımlar atmağı planlaşdırırıq. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanda torpağın dincə qoyulmasına görə subsidiya nəzərdə tutulub. Məqsəd əkin sahələrinin dincə qoyulmasını stimullaşdırmaqdır. Çünki dəmyə sahələrdə hər il eyni bitkinin əkilməsi məhsuldarlığı aşağı salır”.