Nazir bir şagirdin təhsili üçün xərclənən vəsaiti açıqladı

Nazir bir şagirdin təhsili üçün xərclənən vəsaiti açıqladı
15 Dek 2023 11:44

Bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.

News365.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Bu da demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır. Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır", - nazir bildirib.

Onun sözlərinə görə, bu, paylanma baxımından doğru deyil: "Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".


Sizin reklam burada
Sizin reklam burada