Nazilə Səfərli Xoşqədəm Hidayətqızına səsləndi: "Öz nəslinin aclarını doyuzdur”

Nazilə Səfərli Xoşqədəm Hidayətqızına səsləndi: "Öz nəslinin aclarını doyuzdur”
05 Fev 2025 22:45

Tanınmış aparıcı və şairə Nazilə Səfərli Xoşqədəm Hidayətqızına sərt sözlər ünvanlayıb. O, qatıldığı hər verilişin reytinq verdiyini və gündəmdə olduğunu bildirərək, ona qarşı aparılan kampaniyanın məqsədli olduğunu iddia edib:


"Danışdığım hər söz gündəm olur. Qatıldığım hər veriliş reytinq verir. 'Maşın şou'da iştirak etdiyim müddətdə görürdülər ki, ölkənin ən reytinqli verilişindəyəm. Ondan belə faydalanmağa çalışıb mənim qardaşımın uşaqlarına ucuz bazarlardan paltar alıb bayram payı aparırlar. Başa düşmürəm. Xoşqədəmin nəslində ac yoxdur? Öz nəslindəki acları doydurdumu ki, keçdi mənimkinə? Get, öz nəslinin aclarını doyuzdur birinci."


Səfərlinin bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyd edək ki, son günlər onun adı bir sıra qalmaqallarda hallanır.



Sizin reklam burada
Sizin reklam burada