2014-cü ildə
Naxçıvan MR-da fəaliyyət göstərən Naxtel mobil operatoru 4-cü mobil operator
olaraq ümümrespublika operatoru olmaq üçün lisenziya almağa hazırlaşırdı.
Azercell-in təhdidindən sonra bu qərardan imtina etdi.
Beləki həmin vaxt
Naxtel-ə ölkə ərazisində öz şəbəkəsini quranadək milli rouminq vasitəsi ilə
Azercell şəbəkəsi üzərindən fəaliyyət göstərmək təklif olunmuşdu. Naxtel
Naxçıvanda fəaliyyətə başlayanda Azercell ilə onsuzda milli rouminq müqaviləsi
var idi. Yəni indidə Naxtel abunəçiləri Naxçıvandan kənarda ölkənin bütün rayon
və şəhərlərində Azercell şəbəkəsi üzərindən xidmət ala bilər. Naxtel-in 4-cü
mobil operator olaraq ümümrespublika operatoru kimi fəaliyyət göstərmək niyyətinin
olduğunu bilən Azercell bu baş verərsə Naxtel ilə milli rouminq müqaviləsinə
xidmət verəciyini Naxtel-ə bildirir.
Naxtel-in isə
ölkə ərazisində öz şəbəkəsini qurmaq üçün texniki və maddi imkanı olmadığı üçün
ümumrespublika operatoru kimi fəaliyyət göstərmək istəyindən Azercell-in
"sayəsində" imtina edir. Azercell-in bərbad xidmət və keyfiyyəti qiymətləri
hər ay artırdığı hər kəsə bəllidir. Oda bəllidir ki, şirkət 29 ildir ki, mobil
bazarda 51,3%-lik inhisarçı mövqeyə sahibdir. Monopolist şirkət bir il sonra yəni
2015-ci ildə Delta Telecom və SAZZ şirkətinində 4-cü mobil operator olaraq
bazara girməsinə imkan verməyib.
İllər əvvəl
ölkədə fəaliyyət göstərən yerli mobil operatorlardan biri ilə ölkədə ilk 3G şəbəkəsini
quran abunəçilərinin sayı sürətlə artan Vodafone mobil operatoruda 2012-ci ildə
Azercell-in təzyiqlərinə davam gətirə bilməyib ölkəni tərk etmişdir. Azercell həmçinin
4G şəbəkəsi uzrə lisenziyanı digər mobil operatorlara təzyiq göstərərək 2012-ci
ildə ilk özü almışdır. Yeni 010 prefiksinidə digər mobil operatora təzyiq göstərərək
ilk özü almaq istəsədə digər mobil operator haqlı olaraq artıq haqsızlığa dözməyərək
Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına müraciət edərək
yeni 099 prefikisini ilk özü almışdır. Azercell Mobil Nömrələrin Daşınması xidmətinidə
9 il ləngitmişdir. Bunu əvvəlki Rabitə Naziridə dəfələrlə MNP xidmətini
Azercell-in ləngitdiyini bildirmişdi.
Həmin vaxt məndə
bu xidməti 9 il Azercell-in ləngitdiyini media vasitəsi ilə ictiamiləşdirmişdim.
Azercell gözəl bilir ki, hər hansısa bir şirkət 4-cü mobil operator olaraq
bazara girsə şirkətin bərbad xidmətlərindən və yüksək tariflərindən təngə gəlmiş
abunəçiləri Azercell-dən imtina edəcək və şirkətin 29 illik monopoliyası sona
çatacaq. Məlum olduğu kimi əksər ölkələrdə bazara yeni mobil operatorlar girir.
Məsələn, Özbəkistanda Vodafone mobil operatoru 4-cü mobil operator olaraq fəaliyyətə
başladı.
Türkiyədə
bazarda 3 mobil operator və NetGSM, Digitürk və s. virtual mobil operatorlar
olsa da Türksat 4-cü mobil operator olaraq fəaliyyət göstərməyə hazırlaşır.
Bizdə isə illərdir Azercell monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin
olmasına imkan vermir. Monopoliyanın nəticəsidir ki, mobil rabitə sahəsində illərdir
hər keçən gün xidmət səviyyəsi daha da bərbad vəziyyətə düşür, qiymətlər isə hər
ay durmadan artır.
İlkin Məmmədkərimli, ekspert