Sayanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub

Sayanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub
02 Avq 2025 20:15

Sayanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

News365.az xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada