Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi

Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi
16:54

Braziliya prezidenti Luiz İnasio Lula da Silva kosmetik maddələrin heyvanlar üzərində sınaqdan keçirilməsini qadağan edən qanunu imzalayıb.

News365.az xəbər verir ki, bu barədə Braziliya hökuməti məlumat yayıb.

Qeyd olunur ki, qanun hər hansı kosmetika, ətir və şəxsi gigiyena məhsullarının sınaqdan keçirilməsini qadağan edir.

Məlumata görə, ölkədəki şirkətlər heyvanların kosmetika istehsalında istifadə olunmayacağına dair yazılı təsdiq təqdim etməlidirlər. Prezident yeni qaydaları “heyvanların suverenliyinin qorunması” adlandırıb.


Sizin reklam burada
Sizin reklam burada