UEFA "Sabah"ın rəqibini cərimələyib

UEFA "Sabah"ın rəqibini cərimələyib
17:02

UEFA "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Levski" (Sofiya) klubunu cərimələyib.

News365.az-ın məlumatına görə, paytaxt təmsilçisi evdə İsrailin "Hapoel" (Beer-Şeva) kollektivinə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:0) yaşananlara görə ziyana düşüb.

Sofiya klubu ictimai keçidlərin bağlanması ucbatından 14000 avro ödəyəcək. Bundan əlavə, "Levski" azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi və fanatların meydana yad əşyalar atmasına görə 6000 manat cərimələnib.

Qeyd edək ki, "Sabah" bu rəqiblə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.


Sizin reklam burada
Sizin reklam burada