Qəzzada aclıqdan ölənlərin sayı 169-a çatıb

Qəzzada aclıqdan ölənlərin sayı 169-a çatıb
21:00

Qəzza zolağında 93-ü uşaq olmaqla, azı 169 nəfər aclıqdan ölüb.

News365.az  xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin "Telegram" kanalında məlumat paylaşılıb.

"Son 24 saat ərzində Qəzza xəstəxanalarında aclıq və qida çatışmazlığı səbəbindən 7 yeni ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 30-da HƏMAS tərəfindən aclıqdan ölənlərin sayının 154 nəfər olduğu barədə açıqlama verilmişdi.


Sizin reklam burada
Sizin reklam burada