Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır

Naxçıvanda qeyri-sabit hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır
12:29

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq ərazilərə isə qar yağır.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Ordubad rayonunun Parağaçay qəsəbəsində, 2500 metr yüksəklikdə qar örtüyünün hündürlüyü 2 santimetr, Şahbuz rayonunun Batabat yaylağında isə 1 santimetr təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada