Naxçıvanda fermasında dağ keçisi aşkarlanan ovçu SAXLANILIB

Naxçıvanda fermasında dağ keçisi aşkarlanan ovçu SAXLANILIB
04 Apr 2025 16:18

Naxçıvanda fermasında dağ keçiləri aşkarlandığı üçün  ovçu saxlanılıb.   

News365.az xəbər verir ki, Naxçıvan MR-də polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.   

Ona məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunur.   

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada