Narkotiklə bağlı daha iki nəfər tutuldu

Narkotiklə bağlı daha iki nəfər tutuldu
03 İyn 2025 12:18

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan News365.az-a verilən məlumata görə, əməliyyat zamanı rayon sakinləri Aydın Kazımov və Tofiq Bədəlovdan ümumilikdə 5 kiloqram marixuana, 1 kiloqram heroin, 300 qram həşiş və metadon tərkibli psixotrop həblər aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.


Sizin reklam burada
Sizin reklam burada