Narkotikin aşırı dozası nəticəsində 72 nəfər vəfat edib

Narkotikin aşırı dozası nəticəsində 72 nəfər vəfat edib
18 Noy 2024 12:23

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866 xəstə müalicə alır. 

News365.az  xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir. 

Məlumata görə, narkotik vasitələrdən aşırı doza nəticəsində yanvar-sentyabr aylarında 4-ü qadın və 68-i kişi olmaqla ümumilikdə 72 nəfər vəfat edib. 

Qeyd olunub ki, onlardan 17-20 yaşadək 1 nəfər, 25-29 yaşadək 10 nəfər, 30-40 yaşadək 28 nəfər, 41-50 yaşadək 19 nəfər, 50-52 yaşadək 7 nəfər, 55-65 yaşadək 7 nəfər təşkil edir. 

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövri ərzində narkotik vasitələrdən aşırı doza nəticəsində vəfat edənlərin sayı 90 nəfər azalıb.


Youtube kanalımız

Oxşar xəbərlər