Narkotikdən istifadə etdiyi təsdiqləndi

Narkotikdən istifadə etdiyi təsdiqləndi
10:36

Türkiyədə İstanbul Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik təhqiqatı çərçivəsində müğənni Yusuf Güneydən götürülmüş qan və tük nümunələrinin analizlərinin nəticələri açıqlanıb.

News365.az xəbər verir ki, ifaçının saçından alınan nümunələrdə onun kokaindən istifadə etdiyi müəyyənləşib.

Xatırladaq ki, Yusuf Güney sözügedən təhqiqat çərçivəsində dekabrın 22-də saxlanılmışdı.

Qeyd edək ki, Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilir. İstanbul Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində bir çox məşhura qarşı məhkəmə prosesi başlanıb.


Sizin reklam burada
Sizin reklam burada