Naməlum vəhşi heyvan 17 kəndlini xəstəxanalıq etdi

Naməlum vəhşi heyvan 17 kəndlini xəstəxanalıq etdi
07 May 2025 10:55

Hindistanda aidiyyəti qurumların əməkdaşları Limbay kəndinin 17 sakininə hücum edən vəhşi heyvanı axtarırlar. Bu barədə “Times of India” məlumat yayıb.

Bölgə rəsmilərinin sözlərinə görə, hadisə qurbanlarının çoxu istilər səbəbindən evlərini tərk etməyə və çöldə yatmağa məcbur olubmuş. Nəticədə yırtıcı bir neçə həyət və evə girərək ondan çox insanı yaralayıb. Qurbanlardan biri, 70 yaşlı qadının çənəsi heyvan tərəfindən sındırılıb.

"17 nəfərdən 3-ü ağır yaralıdır və bölgədəki xəstəxanaya yerləşdirilib. Yaşlı qadın isə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər digər yaralananlara da lazımi köməklik göstərirlər. Yerli sakinlər artıq quduzluğa qarşı peyvənd olunublar",- nəşr yazıb.

Sayt həmçinin yazıb ki, ərazidə xüsusi qəfəs qurulub və vəhşi heyvanın tutulması üçün səylər göstərilir: "Kənd sakinlərinə təkbaşına və gecə saatlarında küçəyə çıxmamaq tapşırılıb".

Səlahiyyətlilər heyvanın quduzlaşdığını güman edir. Maraqlıdır ki, hansı yırtıcı heyvanın insanlara hücum etməsi hələlik məlum deyil. Ola bilsin ki, bu quduz çöl  itidir.

Tural


Sizin reklam burada
Sizin reklam burada