Myanmada ümumi seçkiyə start verildi

Myanmada ümumi seçkiyə start verildi
12:52

Myanmada son beş ildə ilk dəfə olaraq ümumi seçki başlayıb.

Bazar günü seçkinin birinci mərhələsi - 330 seçki dairəsindən 102-də səsvermə keçirilir.

Ümumilikdə səsvermənin üç mərhələdə keçirilməsi nəzərdə tutulub. İkinci mərhələ gələn il yanvarın 11-nə, üçüncü mərhələ isə yanvarın 25-nə planlaşdırılıb. Nəticələrin fevral ayına qədər məlum olacağı gözlənilir.

Seçkidə 57 partiyadan 4 800 namizəd iştirak edir. Vətəndaşlar Myanma parlamentinin (Birlik Assambleyası) deputatlarını və yerli qanunverici orqanların nümayəndələrini seçirlər.


Sizin reklam burada
Sizin reklam burada