Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado ABŞ-nin Venesuela ərazisinə endirdiyi zərbələri dəstəkləyib.
News365.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Maçado açıqlamasında ölkə xalqı adından Donald Trampa təşəkkür edib.
“Biz Venesuela xalqı olaraq ona və onun administrasiyasına çox minnətdarıq. Mən onu bu yarımkürədə azadlığın müdafiəçisi hesab edirəm”, – deyə “CBS News” müxalifət liderindən sitat gətirib.
Korina Maçado həmçinin bildirib ki, ABŞ liderinin Latın Amerikası üzrə həyata keçirdiyi bütün strategiyanı dəstəkləyir.