“Müxalifətin apardığı məsələ Paşinyan iqtidarına təzyiq və hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir. “
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bunu News365.az-a deyib.
“Maksimum çalışırlarki, hər hansı bir bəhanə ilə Paşinyan hədəfə gəlsin. Paşinyan konstitusiyanın dəyişikliyi ilə bağlı referendumların keçirilməsi haqqında qərar vermir. Çünki bilir ki, onun seçkisinin keçirilməsinə il yarım qalıbdır. Bundan maksimum şəkildə istifadə edəcəklər. Ən çox müxalifət və arxasında dayanan güclər bu istiqamətdə işlər görə bilərlər. Ona görə də hələki bəzi məsələləri yumşaq şəkildə edirlər. Uzun çəkəcəkdir və sülh danışıqları bitəcəkdir. Müxalifətin apardığı hakimiyyət uğrunda mübarizə bir o qədərdə effektli deyil. Ona görə də Rusiyanın istiqaməti mövcud hakimiyyəti öz tərəfinə çəkməyə yönəlib.”
News365.az