Tacikistan Prezidenti ilə İlham Əliyev arasında telefon danışığı olub

Tacikistan Prezidenti ilə İlham Əliyev arasında telefon danışığı olub
04 Dek 2024 15:00

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

News365.az xəbər verir ki, telefon söhbəti zamanı Prezident Emoməli Rəhmon COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb. 

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib. 

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid olan aktual məsələlər, həmçinin Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Youtube kanalımız