Həbsdə olan Antalya Böyükşəhər Bələdiyyə Başçısı Mühittin Böcek səhhətində yaranan problem səbəbilə ikinci dəfə xəstəxanaya yerləşdirilib.
News365.az xəbər verir ki, Antalya Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 5 iyulda saxlanılaraq həbs edilən və müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılan Böcek, cəzaçəkmə müəssisəsində halının pisləşməsi səbəbindən Döşəməaltı Yüksək Təhlükəsizlikli İnfaz Müəssisəsinin revirinə müraciət edib. Müayinə zamanı onun vəziyyətinin daha ətraflı yoxlanılmasına qərar verilib və o, cəzaevi maşını ilə Antalya Şəhər Xəstəxanasına aparılıb.
Qeyd edək ki, bu, Böcekin həbsdən sonra xəstəxanaya yerləşdirilməsi ilə bağlı ikinci haldır. Hazırda onun vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.
News365.az