Müharibədən yayınmaq üçün 6 ay evdən çölə çıxmadı

Müharibədən yayınmaq üçün 6 ay evdən çölə çıxmadı
25 İyn 2024 16:46

Rusiyada maraqlı hadisə baş verib. Qazeta.ru-nun yaydığı məlumata görə, Tümendə 24 yaşlı gənc 6 ay mənzilindən çölə çıxmayıb. O, hərbi komissarlığın əməkdaşlarından gizlənib və müharibəyə göndəriləcəyindən qorxurmuş. 

Bildirilir ki, rus gənc ötən il noyabrın 7-də Hərbi Komissarlıqda  olarkən tibbi müayinədən keçmək və orduya göndərilmək üçün çağırış vərəqəsini almaqdan imtina edib. Bundan sonra həmin şəxs 2024-cü il aprelin 26-dək Uralskaya küçəsindəki mənzildə hərbi komissarlığın əməkdaşlarından gizlənib və nəticədə polis onun tapa bilib.

Çağırışçının işi üzrə sənədlər məhkəməyə göndərilib. O, günahını tamamilə boynuna alıb və peşman olduğunu deyib. Məhkəmə onu hərbi xidmətə çağırışdan azad olmaq üçün əsaslar olmadığı halda, ondan yayınmaqda təqsirli bilib və 40 min rubl məbləğində cərimələyib.

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər