Müharibə iştirakçısı olan generalın doğum günüdür

Müharibə iştirakçısı olan generalın doğum günüdür
09:45

Bu gün Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Heydər Piriyevin doğum günüdür.

News365.az-ın məlumatına görə, Heydər Piriyev 1959-cu ildə Ermənistan SSR-in Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub.

O, 1974–1976-cı illərdə Bakı şəhərində 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə, 1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.

1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edən H.Piriyev 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində fəaliyyət göstərib.

Müdafiə Nazirliyində Hərbi Polisin qurucusu, ilk zabit olan H.Piriyevə Ümummilli Lider Heydər Əliyev tərəfindən 2003-cü ildə general–mayor rütbəsi verilib.

2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.

2014-cü ilin iyun ayında H. Piriyevə Azərbaycan Prezidentinin sərəncamı ilə növbəti general–leytenant ali hərbi rütbəsi verilib və o, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.

2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilib, 2024-cü ildə tutduğu vəzifədən azad olunub.



Sizin reklam burada
Sizin reklam burada