Mourinyodan "Real"a baş məşqçi təyin olunacağı barədə xəbərlərə REAKSİYA

Mourinyodan "Real"a baş məşqçi təyin olunacağı barədə xəbərlərə REAKSİYA
19:48

"Benfika" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Real Madrid"ə rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.

News365.az oxu.az-a istinadən xəbər verir ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin portuqaliyalı mütəxəssisin geri qayıtmasında maraqlı olduğu bildirilirdi.

"Real Madrid"ə qayıtmaq? Məni öz "seriallar"ınıza daxil etrməyin", - deyə Mourinyo bildirib.

Xatırladaq ki, Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"i çalışdırıb. Onun rəhbərliyi altında "Kral klubu" La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu qazanıb.


Sizin reklam burada
Sizin reklam burada