Mirzoyandan sülh sazişi AÇIQLAMASI

Mirzoyandan sülh sazişi AÇIQLAMASI
25 Mar 2025 16:12

Hazırda martın 13-də razılaşdırılmış sülh sazişinin imzalanma müddəti və yeri ilə bağlı dəqiq anlaşma yoxdur. 

News365.azSputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, uzunmüddətli sülhün təmin edilməsi üçün qarşılıqlı məqbul həllərin tapılması ilə bağlı işi davam etdirmək, danışıqlar aparmaq lazımdır.

"Bunun alternativi sadəcə yoxdur", - XİN başçısı bildirib.


Sizin reklam burada
Sizin reklam burada