Tramp Yaxın Şərqə yola düşdü

Tramp Yaxın Şərqə yola düşdü
12 May 2025 23:30

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb.


News365.az xəbər verir ki, səfər Səudiyyə Ərəbistanından başlayır. Daha sonra Tramp Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək. 4 günlük səfər zamanı İranın nüvə proqramı, Qəzzadakı humanitar böhran, İsrail ilə HƏMAS arasında müharibə, Suriya məsələsi ilə yanaşı bu ölkələrlə biznesin inkişafı və ticarət razılaşmalarına diqqət yetiriləcəyi gözlənilir.


Qeyd edək ki, bu, Trampın aprel ayında Roma Papası Fransiskin dəfnində iştirak etdikdən sonra prezident kimi ikinci xarici səfəridir.


Sizin reklam burada
Sizin reklam burada