Mirasını onlara verdiyini açıqladı

Mirasını onlara verdiyini açıqladı
15:13

Xəstəliklə mübarizə aparan türkiyəli müğənni Serdar Ortaç mirasını işçilərinə verdiyini açıqlayıb.

News365.az xəbər verir ki, bununla bağlı haberler.com məlumat yayıb.

Müğənni yalnız İstanbul Boğazı mənzərəli 8 otaqlı, 750 kvadratmetrlik bir villasının qaldığını bildirib. O bu villanı da işçiləri arasında bölüşdürməyi planlaşdırdığını deyib: “Artıq çox pulum qalmayıb. Mirasımı işçilərimə verdim. Bir evim var, bölüşsünlər. Nə övladım var, nə də sərvətim. Yalnız işçilərim var. Həmin evim onların olsun, nə qədər ömrümün qaldığı da bəlli deyil. Ya 10-15 il qalıb, ya da heç qalmayıb...”

Qeyd edək ki, S. Ortaç MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkir.

O, bir müddət əvvəl ayağı ilə yanaşı, sol qolunun da işləmədiyini açıqlamışdı.


Sizin reklam burada
Sizin reklam burada